Bakı şəhərində Boks üzrə gənclər (U19) arasında Azərbaycan çempionatı keçirilib. 9-15 fevral tarixlərini əhatə edən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 boksçusu qatılıb.
Naxçıvan Muxtar Respublikası çempionatda baş məşqçi Elnur Kərimli, köməkçi məqşçi Seymur Hüseynov və 7 idmançı təmsil olunub.
Komandanın idmançılarından Haxverdi Həsənov 65 kq çəki dərəcəsində mükafatçılar sırasına düşüb. Keçirdiyi 5 görüşdən görüşdən 3-də qələbə qazanan boksçu bürünc medala layiq görülüb. İdmançı həmçinin gənclərdən ibarət milli komandanın heyətinə daxil edilib.